Bakıda ev yanıb

Bakıda ev yanıb
22:32 3 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanmış, yüksək temperaturdan eyvanın plastik pəncərələri qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/475732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR