"Diriliş Ertuğrul"da 11 yeni sima

"Diriliş Ertuğrul"da 11 yeni sima
23:17 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın ortalarında 3-cü mövsümə start verəcək "Diriliş Ertuğrul" serialında 11 yeni aktyor rol alacaq.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, Osmanlı İmperiyasının tarixindən bəhs edən ekran işinin aktyor heyətinə Batuhan Karakaya, Çağdaş Onur Öztürk,Cenk Kangöz, Erden Alkan, Elif Sümbül Sert, Fırat Topkorur, Gülçin Santırcıoğlu, Kürşat Alnıaçık, Osman Albayrak və Özlem Akınözü daxil edilib.

Onların hansı rolları canlandıracağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, serialın prodüseri və ssenaristi Mehmet Bozdağ açıqlama verərək serialın 1-2 həftə gec başlayacağını bildirmişdi:

"Bizdən asılı olmayan səbəblərə görə, işimizi dəqiqliklə etdiyimiz üçün bu mövsüm bir-iki həftə gecikəcəyik. Buna görə izləyicilərimizin bizi başa düşəcəklərinə ümid edirik. Oktyabrda görüşəcəyik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR