Suriyada kamikadzenin özünü partlatması nəticəsində 14 nəfər ölüb, 25 nəfər yaralanıb

Suriyada kamikadzenin özünü partlatması nəticəsində 14 nəfər ölüb, 25 nəfər yaralanıb
23:57 3 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriya kürdlərinin Əl-Hasak rayonunda keçirilmiş toy mərasimi zamanı terror hadisəsi baş verib.
"Report"un məlumatına görə, bu barədə "Kurdistan24" portalı xəbər yayıb.
Məlumata görə, terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 14 kürd ölüb. Partlayış zamanı həmçinin 25 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR