Avtomobilin istismarını qadağan edən hallar - Cərimə Olacaq

Avtomobilin istismarını qadağan edən hallar - Cərimə Olacaq
03:13 4 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Avtomobilin müəyyən hissələrində nasazlıq varsa, istismarına qadağa qoyulur.

Belə maşını sürənləri də cərimə gözləyir. Ancaq əskər sürücülər avtomobilin istismarına qoyulan qadağalardan xəbərsizdilər.Belə olduqda da avtomobilin saz olub -olmamasından aslı olmyaraq yollarda hərəkətə davam edirlər.

Nəticəsi isə bir çox hallarda qayda pozuntuları və qəzalarla yadda qalır. Əslində isə “Yol hərəkət haqqında” qanunda nəqliyyat vasitəsinin istismarına yol verilməyən nasazlıqların siyahası müəyyən edilib. Burada sükan idarəetmə mexanizmi, əyləz sistemləri, şüşələrin və təkərlərin vəziyyəti, şüşəsilən, təhlükəsizlik kəməri və digər məsələlər öz əksini tapıb. Qaydada bütün bunların müəyyən olunmuş standartları var.

Bununla yanaşı, avtomobilin mühərrik, əyləc sistemində və təkərlərində poroblem olarsa, mühhərrikin səsi və tulantı qazlarının miqdarı nəzərdə tutulandan artıq olarsa , o zaman həmin avtomobilin istismarına qadağa qoyulur. Yəni belə avtomobilin sürücüsü yol polisi tərəfindən saxlandıqda müəyyən miqdarda cərimə olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR