Bakıda 42 yaşlı kişinin boğazını kəsdilər

Bakıda 42 yaşlı kişinin boğazını kəsdilər
03:14 4 Oktyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib.

 

APA-nın məlumatına görə, 8-ci mikrorayon ərazisindən 42 yaşlı Azər Məmmədov boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər onun həyatını xilas edə biliblər.

 

Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisə yerində olublar, müayinələr aparılıb.

 

Azər Məmmədov həkimlərə özünün özünə xəsarət yetirdiyini bildirib. Lakin onun ifadəsinin düzgünlüyü polisin apardığı araşdırmaların yekununda məlum olacaq.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR