Misir DİN: "Müsəlman qardaşları"nın rəhbərlərindən biri öldürülüb"

Misir DİN: "Müsəlman qardaşları"nın rəhbərlərindən biri öldürülüb"
05:02 4 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Misirin Daxili İşlər Nazirliyi "Müsəlman qardaşları" qruplaşmasının rəhbərlərindən biri olmuş Məhəmməd Kamalın öldürüldüyünü açıqlayıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Məlumata görə, Kamal təşkilatın silahlı qanadına rəhbərlik edib. O, bundan əvvəl qiyabi olaraq azadlıqdan ömürlük məhrum edilmişdi.  
Bundan əlavə, xəbərdə təşkilatın daha bir üzvünün də məhv edildiyi bildirilir.
Qeyd edək ki, "Müsəlman qardaşları" Misirdə terror təşkilatı kimi tanınır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/misir-di-n-muselman-qardaslari-nin-rehberlerinden-biri-zerersizlesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR