Balakəndə maşın ağaca çırpıldı: 4 ölü

Balakəndə maşın ağaca çırpıldı: 4 ölü
07:04 4 Oktyabr 2016
538 Digər
Ölkə mətbuatı
A- A+

Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər ölüb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün  saat 05:00  radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Şəxsiyyəti hələ ki məlum olmayan sürücünün  idarə etdiyi  “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.

 

Qəza zamanı avtomobilin sürücüsü və şəxsiyyəti hələ ki məlum olmayan daha 3 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin şəxsiyyətini dəqiqləşdirmək üçün cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.

 

Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən şəxslər hamısı kişidir və  onlar Balakən rayon sakinləridir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR