Göbələklə qarabaşaq aşı

Göbələklə qarabaşaq aşı
07:05 4 Oktyabr 2016
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az göbələklə qarabaşaq aşının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 st. qarabaşaq yarması

200 q şampinyon (başqa göbələk də olar)

1 baş soğan

1 yerkökü

3 x.q. bitki yağı 

400 ml su

Soğanla yerkökünü təmizləyib yuyun. Soğanı yarımhalqa, yerkökünü nazik uzun doğrayın. Qovurun. Göbələyi iri doğrayıb əlavə edin. Bir neçə dəqiqə qovurun. Ocaqdan götürüb yuyulmuş qarabaşaqla qarışdırın, bişirmək üçün torbaya yığıb 400 ml qaynar su tökün, duz-istiot vurun, ağzını bağlayıb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR