BMT sülhməramlılarına hücum: 1 ölü, 5 yaralı

BMT sülhməramlılarına hücum: 1 ölü, 5 yaralı
08:12 4 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Malidə silahlıların hücumu nəticəsində 1 BMT sülhməramlısı ölüb,  daha  5-i yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sülhməramlılarının Aqelxok yaşayış məntəqəsindəki  düşərgəsi hücuma məruz qalıb.
 
Düşərgə iri çaplı silahlardan atəşə tutulub, iki minalanmış avtomobil partladılıb.
 
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. "Ənsər-əd-Din" ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum edib. Təhlükəsizlik Şurasının qərarı ilə BMT sülhməramlıları 2012-ci ildən etibarən Malidə yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR