Çində 10 gömrükçü-robot xidmətə başlayıb

Çində 10 gömrükçü-robot xidmətə başlayıb
08:32 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Çində ilk 10 ədəd gömrükçü-robot xidmətə başlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onlar Qonqbey, Xenqvin və Çonqşan limanlarının gömrüyündə xidmət göstərəcəklər.

"Xiao Hai" adlandırılan yeni əməkdaşlar gömrük xidməti prosesinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Hazırda Çin gömrük xidmətinin elektron əməkdaşları dünyanın 28 dilində ziyarətçilərin suallarını cavablandıra bilirlər. Bunların arasında çin, kanton, ingilis, yapon və digər dillər mövcuddur. Hələlik onlar ancaq sadə suallara cavab verir və öyrənməyə davam edirlər.
 
Bundan başqa, "fəal anlayış" innovasiya texnologiyası sifətləri tanımağa və hətta şübhəli şəxsləri müəyyən etməyə imkan verir.

Bununla belə, tərtibatçıların sözlərinə görə, çətin ki, "Xiao Hai" yaxın zamanlarda gömrüyün işini tam avtomatlaşdıra bilsin. Bəzi hallarda insan faktoru, sadəcə, qaçılmazdır. Bu üzdən test sınaqları keçirilir, əsas səhvlər araşdırılır və məhsul üzərində əlavə olaraq işlər aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR