Malayziyada hərbi helikopter məktəb binasının üstünə düşüb

Malayziyada hərbi helikopter məktəb binasının üstünə düşüb
08:37 4 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Malayziyada Sikorsky S-61 hərbi helikopteri uçuş zamanı məktəb binalarından birinin üstünə düşüb.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Tavau şəhərində baş verib.
Qəza zamanı helikopterdə 14 hərbçi olub. Pilot və daha bir neçə nəfər xəsarət alıb. Tavau polis şefinin köməkçisi Fadil Markus yaralıların xəstəxanaya yerləşdirildiklərini bildirib.
Helikopterin Sabah ştatında daxili uçuş keçirdiyi bildirilir. Bu zaman pilot helikopterə idarəetməni itirib.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR