ABŞ internetə nəzarəti itirdi

ABŞ internetə nəzarəti itirdi
08:57 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

1 oktyabr tarixində domen adları və IP ünvanların idarəetməsi üzrə korporasiyanın ("ICANN") ABŞ-ın Ticarət Nazirliyi və Milli İnformasiya və  Rabitə İdarəsi ilə müqaviləsinin müddəti bitib. Bu haqda "Financial Times" nəşri yazır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, müqavilənin müddətinin bitməsi onu bildirir ki, internetin işləməsi üzrə texniki funksiyaların icrası tamamilə beynəlxalq cəmiyyətin nəzarətinə keçir və ABŞ qlobal şəbəkənin idarə edilməsinə nəzarət imkanından məhrum edilir.

"ICANN" bundan sonra da öz funksiyalarını icra edəcək, ancaq indi öz işlərini yuxarıda göstərilən idarələrlə razılaşdırmayacaq. Mənbənin sözlərinə görə, "ICANN" domen adları və ünvanlarının kök bazasında dəyişikliklərə sorğuların emalı və onların normalara uyğun yoxlanılması üçün xüsusi şirkət təsis etmək niyyətindədir. Xüsusi şirkətdə beynəlxalq cəmiyyətin nümayəndələri iştirak edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR