“Google Play” mağazasında 400-dən çox zərərli proqram qeydə alınıb

“Google Play” mağazasında 400-dən çox zərərli proqram qeydə alınıb
09:35 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Google” rəhbərliyinin “Google Play” proqramlar mağazasından çoxlu təhlükəli və zərərli proqramları silməsinə baxmayaraq, analitiklər əvvəlki kimi smartfon və ya planşetlərə arzuolunmaz təsir göstərmək qabiliyyətinə malik bir sıra proqramlar tapmağa davam edirlər. Məsələn, “TrendLabs” firması təxminən 400 belə mobil proqram qeydə alıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “TrendLabs” öz hesabatında “Minecraft: Pocket Edition” oyunu üçün 500 min dəfədən çox yüklənmiş “Grand Theft Auto V” moduna xüsusi diqqət ayırıb. Mod quraşdırıldıqdan sonra hakerlərin serverinə qoşulur. Bunun sayəsində hakerlər smartfona qoşularaq onu simsiz şəbəkə və qurğulara məsafədən hücum etmək üçün giriş nöqtəsinə çevirmək imkanı əldə edirlər. Xoşbəxtlikdən, “Google” şirkətindən bu məsələnin aktiv araşdırılması və belə obyektlərin “Google Play” mağazasının çeşidindən tezliklə silinəcəyi barədə xəbəri təsdiqləyiblər.

Cari il kibertəhlükəsizliklə məşğul olan başqa firma sözügedən proqramlar mağazasında 350 təhlükəli obyekt qeydə alıb. “TrendLabs” ekspertlərinin fikrincə, “Google Play” mağazasında 3 mindən çox virus proqramı ola bilər. Hakerlər mağazaya qurulmuş antivirusu keçmək üsulunu tapıblar və internet nəhənginin bütün cəhdlərinə baxmayaraq, zərərli proqramları yükləməyə davam edirlər.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43598-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR