Hadisə xatirələrə daldı, ilk aşiq olduğu adam haqqında danışdı – ViDEO

Hadisə xatirələrə daldı, ilk aşiq olduğu adam haqqında danışdı – ViDEO
09:43 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Hadisə “O səs Türkiyə” yarışmasında ilk sevgisini yada salıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səbirsizliklə gözlənilən “O səs Türkiyə” müsabiqəsinin yeni mövsümü dünən axşam “Tv 8” kanalında başlayıb. Müsabiqəyə qatılan Ayberk Aymaz adlı iştirakçı Gökhan Kırdarın “Yerinə sevemem” adlı mahnısını ifadə edib. Münsif kürsüsündə əyləşən Hadisə Ayberk Aymazın çıxışından sonra mahnının ona ilk sevgisini xatırlatdığını deyib.

Hadisə studiyada xəyallara daldığını və bu mahnının onun üçün çox özəl olduğunu bildirib. Müğənni mahnının Belçikada ilk görüşdə aşiq olduğu bir nəfəri xatırlatdığını deyib. O, "İlk görüşdə aşiq olduğum yeganə adamı xatırlatdın. Gördüm və aşiq oldum... Bu duyğunu həyatımda bir dəfə yaşadım, amma hələ də sevgiyə inanıram",- deyə etiraf edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/170840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR