"Dua edin, yoxsa burda öləcəyəm" - Leyla Əhmədova

"Dua edin, yoxsa burda öləcəyəm" -  Leyla Əhmədova
09:51 4 Oktyabr 2016
202 Şou
Ölkə mətbuatı
A- A+

Modelyer Leyla Əhmədovanın sahibi olduğu qadın klubunun yerləşdiyi məkanın rəhbəri ilə arasında baş verən qalmaqal bitmək bilmir.

Axşam.az-ın məlumatına görə, modelyer hələ də qaranlıq məkanda qaldığını deyib.

O, birinci xanım Mehriban Əliyevaya müraciət edib:

“Bəlkə də bu mənim sonuncu şəklimdir, bəlkə də bundan sonra sizi öz işlərimlə sevindirə bilməyəcəyəm. Bu klubu sevdiyim xanımlar üçün açdım, 20 il yaratdım və sizləri sevindirdim. 10 gündür mən bu qaranlıq məkanda təkəm. Hamınız görürsünüz ki, Nizami və Azər, onların oğulları məni qorxutmağa çalışır, qanunla mənə məxsus olan məkanı əlimdən almaq istəyirlər. Məni sevənlər, dua edin, yoxsa burda öləcəyəm, ya da o mənim pulumu ödəyəcək. Özünü qanun, dəstə, hakim, polis adlandıran bu insanların uşaqlarımın çörəyini almasına imkan verməyəcəyəm. Qorxmuram, əsas odur ki, Allah yanımdadır. Birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, bu məsələyə münasibət bildirsin”.

Qeyd edək ki, L.Əhmədova açıqlamasında "Nizami" metrostansiyasının yanında yerləşən altı mərtəbəli binanın dörd mərtəbəsini ayda 24 min manat ödəməklə kirayə tutduğunu deyib.

O, icarə pulunu iki gün gecikdirdiyinə görə binanın sahibi Nizami Ağayevin elektrik enerjisini kəsdiyini qeyd edib:

"Orada spa-salon, bahalı avadanlıqlar var. Heç bir xəbərdarlıq etmədən elektriki kəsib. Nəticədə, avadanlıq hamısı yanıb. Ağayev bununla mənə 15 min dollar zərər vurub. Kirayələnmiş yerlərin təmiri haqqında heç danışmıram. Mənə 1 milyon manata başa gəldi. Ofisdə mənim tərəfimdən Dubaydan gətirilmiş çox böyük məbləğdə mallar var. Ağayevin hərəkətləri əmlakın qanunsuz olaraq talanmasına bənzəyir. Buna başqa ad vermək olmaz”.

Daha sonra Ağayevin adamları Modellər Evinin giriş qapısını qaynaqlayıblar. 5 gün içəridə qalan L.Əhmədova isə özünü pis hiss etdiyini əlavə edib:

"Mən "102" xidmətinə on dəfə, təcili yardıma isə beş dəfə zəng etdim. Özümü pis hiss edirdim, ürəyimdə problemlər yaranmışdı. Beş gündür məni bayıra, mənim yanımasa heç kəsi buraxmırdılar".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR