Türklər Ramildən narazıdı - Kardozanın boşluğu dolmadı

Türklər Ramildən narazıdı -   Kardozanın boşluğu dolmadı
09:57 4 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin NTV Spor kanalında “Trabzonspor” klubu haqda hazırlanan süjet efirə verilib. Fanat.Az xəbər verir ki, türkiyəli həmkarlarımız millimizin üzvü Ramil Şeydayev də daxil olmaqla, Qara dəniz təmsilçisində forma geyinən hücumçuların Superliqanın ilk 6 turunda qol vura bilməmklərinə diqqət çəkiblər. 


“Kardozanın boşluğu dolmadı” başlıqlı süjetdə bunlar qeyd olunur: “Qara dəniz klubu mövsümün əvvəlində Oskar Kardoza ilə yollarını ayırmış, bunun müqabilində, “Portu”dan Hyun Jun Suk və gənc forvard Ramil Şeydayev transfer olunmuşdu. Həmçinin “Sanderlend”lə icarə müqaviləsi bitdiyi üçün geri dönən Dame N`Doye və Muhammet Demir ilk 6 həftəni qolsuz başa vurdular. “Trabzonspor” yeni mövsümün ilk 6 həftsəində Oskar Kardoza kimi güclü bir oyunçunun əskikliyini yaşadı. Komanda cəmi 3 qol vurub, hücumçular isə fərqlənməyi bacarmayıb. Hyun Jun Suk 6 matçda 410, Muhammet Demir isə 5 görüşdə 351 dəqiqə meydanda olub. N`Doye cəmi 1 qarşılaşmada 26 dəqiqə oynayıb, Şeydayev isə heç bir matçda iştirak etməyib”.


Qeyd edək ki, Şeydayev yalnız bir dəfə Türkiyə Kuboku matçında meydana çıxıb və 1 qol vurub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turklr-ramildn-narazd-t53067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR