AMB valyuta hərraclarının qrafikini dəyişib

AMB valyuta hərraclarının qrafikini dəyişib
09:57 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) mütəmadi olaraq keçirdiyi valyuta hərraclarının qrafiki dəyişdirilib. Bu həftədən etibarən hərracların həftənin III və V günlər keçirilməsi ilə bağlı qərar qəbul olunub. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, hərracların 3 sessiyada aparılması planlaşdırılır. Bununla yanaşı, bundan sonra hərraca çıxarılan valyutanın məbləği kommersiya bankları üçün öncədən açıqlanmayacaq. Həmçinin, hərraclarda kommersiya banklarının alışla bərabər valyuta sata biləcəyi, iştirakçıların əməliyyat zamanı kimliyinin gizlin saxlanılacağı bildirilir.
"Report"un analitik qrupu hesab edir ki, ilk hərraclarda banklar və AMB yeni sistemə uyğunlaşma mərhələsində olacağından, ABŞ dollarının məzənnəsində müəyyən artım baş verə bilər. Lakin daha sonra tələb və təklifə uyğun olaraq məzənnənin sabitləşəcəyi, lakin cüzi artımlarla davam edəcəyi ehtimal edilir: "Dolların rəsmi məzənnəsi 1,60 AZN/USD-dan aşağı enərsə, banklar tərəfindən dollar alışının güclənəcəyi proqnozlaşdırılır. Həmçinin, məzənnənin gün ərzində bir qədər dalğalı şəkildə hərəkət edəcəyi gözlənilir. Bankların hərracda satıcı kimi də iştirak etməsi manatın məzənnəsinin volatilliyini artıracaq. Çünki banklar müştəri sifarişlərinə əsasən gün ərzində həm alıcı, həm satıcı olmaq imkanı qazanacaq". 
"Report"un ekspertləri valyuta məzənnəsində spekulyativ hərəkətlərin də olacağını istisna etmirlər: "Təbii ki, bu, bazar iqtisadiyyatının qanunlarına zidd deyil".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/amb-valyuta-herraclarinin-qrafikini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR