Bakıda “VAZ”lar toqquşub, bir sürücü ölüb

Bakıda “VAZ”lar toqquşub, bir sürücü ölüb
13:18 5 Yanvar 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda 2 “VAZ” markalı minik avtomobili toqquşub, sürücülərdən biri hadisə yerindəcə ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonu ərazisində 2 “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə şəxsiyyəti məlum olmayan sürücü hadisə yerində vəfat edib. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:39-də başa çatıb.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR