Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
10:12 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi 2016-cı il oktyabrın 1-nə 4 132,7 mln. ABŞ dolları təşkil edib.
"Report" AMB-yə istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 59,8 mln. dollar və yaxud 1,43% azdır.
Son bir ildə qurumun valyuta ehtiyatları 2,882 mlrd. dollar və yaxud 41,09%, ilin əvvəlinə nisbətən isə 884 mln. dollar və yaxud 17,62% azalıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR