Məşhur boksçu hamını aldatdı – “Getmirəm”

Məşhur boksçu hamını aldatdı – “Getmirəm”
10:13 4 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurması haqda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Publika.az xəbər verir ki, məşhur boksçu "Twitter" sosial şəbəkəsindəki səhifəsində zarafat edib və fikirlərini belə əsaslandırıb:

"Ha ha ha... "Qaraçı kral"dan belə rahat şəkildə qurtula bilməyəcəksiz. Heç yerə getmirəm. Sadəcə mətbuatın sayıqlığını görmək istəyirdim”.

Qeyd edək ki, dünən Fyuri "Twitter" hesabında karyerasını bitirdiyini yazmışdı.

Tayson Fyuri də rinqlə vidalaşdı

"Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir. Mən dahiyəm və gedirəm. Salamat qalın".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR