Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANDI

Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı AÇIQLANDI
10:38 4 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yeddi ayı ərzində 1171 azərbaycanlı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 2016-ci ilin yeddi ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 35,4 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 624-ü Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 547-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahlardır.

Azərbayycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır. (azvision.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/170848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR