İntim təklifini rədd etdiyi üçün elə bir hala salındı ki... - ŞOK FOTOLAR

İntim təklifini rədd etdiyi üçün elə bir hala salındı ki... - ŞOK FOTOLAR
10:43 4 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Stefani Littlvood adlı tələbə ötən həftə başına gələn dəhşətli hadisəni sosial şəbəkədə paylaşıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi Ueyn Hobanın seks təklifini rədd etdiyi üçün qızı ölənə qədər döyüb. Qız onu döyən sevgilisinə dərs vermək üçün başına gələn hadisəni və yaralı şəkillərini sosial şəbəkədə paylaşıb:

“Seks təklifini rədd etdiyim üçün mənə qarşı çox qəzəbli idi. Yatağın ətrafında dolaşaraq ağır təhqirlər səsləndirirdi. Daha sonra məni yerə atdı və hərəkət edə bilməyim deyə ayaqlarımı möhkəm tutdu. Sonra isə güc tətbiq etməyə başladı. Təxminən 40-50 dəfə vurdu. Çənəmi və 3 dişimi sınana qədər də vurmağa davam etdi. Dərhal xəstəxanaya zəng vurdum. Beynimə qan sızması ehtimalı olduğu üçün rentgen çəkildi. 6 ay keçməsinə baxmayaraq, hələ də dişlərimin düzəlməsini gözləyirəm. Bunun mənə necə təsir etdiyini söyləməyimə ehtiyac yoxdur... O insan qadına qarşı törətdiyi zorakılığa görə 16 aylıq həbs cəzasına məhkum edilib. Onu hər kəs tanıması və uzaq olması üçün şəklini paylaşıram. Bu statusu paylaşmaqdan da qətiyyən utanmıram, utanılası bir adam varsa, o da Ueyn Hobandır”.

Tabloid.az










Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/170847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR