"Fənərbağça" klubunun futbolçusu əməliyyat olundu

"Fənərbağça" klubunun futbolçusu əməliyyat olundu
10:47 4 Oktyabr 2016
15 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Martin Şkrtel əməliyyat olunub.

Milli.Az Report-a istinadən xəbər verir ki, buna müdafiəçinin burnunun sınması səbəb olub.

Hadisə sentyabrın 29-da Avropa Liqasının A qrupunda Hollandiyanın "Feyenoord" klubu ilə ev qarşılaşmasında baş verib. Şkrtel komanda həkimlərinin də razılığı ilə ölkə çempionatının VI turunda səfərdə "Osmanlıspor"la görüşə maska ilə çıxıb. Klub həkimi Burak Kunduracıoğlu slovakiyalı futbolçunun vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, "Feyenoord"la qarşılaşma "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 1:0.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR