"Milyonları var, amma qorunmağa xəsislik edirlər" - FOTO

"Milyonları var, amma qorunmağa xəsislik edirlər" - FOTO
10:52 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Kim Kardaşyanın Parisdə qarət olunmasına, 10 milyon dollarlıq zinət əşyalarının aparılmasına  təəccüblənmirəm. Çünki bu pis hadisə nə zamansa baş verməli idi".

ABŞ-ın populyar realiti-şou ulduzu, erməni Kim Kardaşyanın sabiq cangüdəni Stiv Stanilusun fikrincə, Parisdə baş verən hadisə mühafizə xidmətinin yarıtmaz təşkili ilə bağlıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Nyu-York Polis Departamentinin (NYPD) sabiq zabiti, Kim Kardaşyanın keçmiş cangüdəni Stiv Stanilus hesab edir ki, reper Kanye Uest ailəsinin mühafizəsinin normal təşkil olunması üçün xəsislik edir.

"Onların milyonları var, amma yaxşı mühafizəyə pul xərcləmək istəmirlər. Kim Kardaşyanın şəxsi cangüdəni Paskal Duvye peşəkardır, əla mütəxəssisdir. Amma o, tək heç nə edə bilməz. Parisdəki hadisə də qaçılmaz idi. Çünki Parisdə Kim Kardaşyana jurnalist hücum edəndə onlar ayılmalı idilər. Bu hücum mühafizənin çox pis təşkil olunmasına dəlalət edən siqnaldı", - S. Stanilus deyib.

S.Stanilusun fikrincə, Kim Kardaşyanın indiki mühafizə dəstəsi işindən kənarlaşdırılmalı, onların əvəzinə NYPD-də çalışmış 5-6 sabiq zabit işə alınmalıdır.

"Belə zabitlərin hər birinə gündə 300 dollar maaş bəs edər. Bunun müqabilində onlar ən yüksək səviyyədə mühafizəni təmin edə bilərlər. Çünki mən də sabiq zabitəm və bizə xüsusi təlimlər keçiblər, nəyi nə zaman necə etməyi bilirik", - S.Stanilus deyib.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR