Azərbaycan XİN başçısı Belçikaya səfər edəcək

Azərbaycan XİN başçısı Belçikaya səfər edəcək
10:52 4 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Баку. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 4-5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfrans əsnasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Əfqanıstanda həyata keçirilən quruculuq tədbirlərinə ikitərəfli və çoxtərəfli əsasda töhfə verən tərəfdaş dövlətdir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycan-xi-n-bascisi-belcikaya-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR