Məşhur boksçu hamını aldatdı

Məşhur boksçu hamını aldatdı
10:57 4 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurması haqda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Milli.Az publika.az-a istinadən bildirir ki, məşhur boksçu "Twitter" sosial şəbəkəsindəki səhifəsində zarafat edib və fikirlərini belə əsaslandırıb:
"Ha-ha-ha... "Qaraçı kral"dan belə rahat şəkildə qurtula bilməyəcəksiz. Heç yerə getmirəm. Sadəcə mətbuatın sayıqlığını görmək istəyirdim".
Qeyd edək ki, dünən Fyuri "Twitter" hesabında karyerasını bitirdiyini yazmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR