Millimizlə oyuna daha 3 futbolçu çağrıldı

Millimizlə oyuna daha 3 futbolçu çağrıldı
11:17 4 Oktyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə mərhələsində millimizin rəqibi olan Çexiyanın heyətinə daha 3 futbolçu cəlb olunub.


Fanat.Az Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Karel Yarolim Yaromir Zmrhal (Slaviya), Lukaş Droppa (Tom, Rusiya) və Milan Şkodaya (Slaviya) dəvət göndərib. İlk iki futbolçu yarımmüdafiə, sonuncu hücum xəttində çıxış edir. 


Zmrhal və Droppa karyeralarında ilk dəfə milliyə çağrılıb. Şkoda isə ötən il Çexiya yığmasında çıxış edib. 


Bununla da millimizlə oyun üçün Çexiya millisinə çağrılan futbolçuların sayı 23-ə çatıb.


Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu oktyabrın 11-də Ostrava şəhərində olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. 


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR