Türkiyə faciədən son anda xilas oldu - VİDEO

Türkiyə faciədən son anda xilas oldu - VİDEO
11:23 4 Oktyabr 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə növbəti faciədən son anda xilas olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis xüsusi təlim aldıqdan sonra Adanaya gələn və müxtəlif ərazilərdə 7 minalanmış avtomobillə eyni vaxtda terror aktı törətmək istəyən terrorçuları zərərsizləşdirib. Terrorçu qrupun rəhbəri universitet tələbəsi, digər 4 nəfər isə onun köməkçiləri olub.

Onlardan 21 kiloqram TNT və 1 kiloqram C4, həmçinin 2 əl qumbarası götürülüb.

Plana görə, minalanmış avtomobillər polislərin olduğu avtomobillərin keçdiyi vaxt partladılmalı idi. Şübhəlilər ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb və barələrində həbs qərarı verilib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR