"Namus iki ayaq arasında deyil, ürəkdə və beyindədir" - FOTO

"Namus iki ayaq arasında deyil, ürəkdə və beyindədir" - FOTO
11:27 4 Oktyabr 2016
213 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Survivor" ilə məşhurlaşan Tuğba Özay sosial şəbəkənin aktiv istifadəçilərindəndir.

Milli.Az "Sözcü"yə istinadla bildirir ki, o, sosial şəbəkə paylaşımları ilə diqqət mərkəzindədir.

Tuğba Özay namus haqqında düşündüklərini izləyiciləri ilə bölüşüb. Onun fikirləri maraqla qarşılanıb.

"Ananın övladına verəcəyi ən gözəl miras namusdur. Namus iki ayaq arasında deyil. Namus ürəkdə və beyindədir. Əgər sən namuslusansa, beynin və ürəyin ayaqlarına da hökm edəcək. Namus sadəcə qadına aid anlayış deyil, kişinin də namuslu olması vacibdir. Namuslu adam kiminsə haqqını yeməz, xəyanət etməz, pislik, xainlik nədir - bilməz. Bilsə də heç kimə qarşı tətbiq etməz. İnsanlardan istifadə etməz, yalan deməz, böhtan atmaz. Sevgiyə önəm verər, dostluğa, eşqə... Namuslu adam şəxsi mənfəətləri üçün yaşamaz. Bugünkü zəmanədə namuslu olmaq çox çətinləşib. Amma "mayan" yaxşıdırsa, heç vaxt pozulmazsan.  İnsan olmaq, yaxşı adam olmaq, namuslu olmaq çətin peşədir. Heç bir sənət növünə aid olmayan peşə".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR