Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları sentyabrda artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları sentyabrda artıb
11:42 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2016-cı il oktyabr ayının 1-nə 16 328,6 mln. manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit qoyuluşu sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 126,3 mln. manat və ya 0,78% artıb.
Qeyd olunur ki, yanvarın 1-i ilə müqayisədə kredit qoyuluşları 1 849,7 mln. manat və ya 10,17% , 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 3 181,2 mln. manat və ya 16,3% azalıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR