Metronun "Dərnəgül" deposunda yeraltı piyada keçidi açılıb

Metronun "Dərnəgül" deposunda yeraltı piyada keçidi açılıb
11:42 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakı şəhərinin VII mikrorayonu (Binəqədi rayonu) ərazisində inşa olunan "Bakı Metropoliteni" QSC-nin “Dərnəgül” elektrik deposunda yeraltı piyada keçidi istifadəyə verilib. "Report" xəbər verir ki, qurumun mətbuatla xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, Mikayıl Əliyev küçəsi,3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. 
"Sakinlər tikintisi davam edən “Dərnəgül” elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Metropoliten rəhbərliyi yeraltı piyada keçidi tikmək haqqında qərar qəbul etmişdir", - deyə N.Paşayev əlavə edib.
Qeyd edək ki, uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidi artıq istifadəyə verilib. Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan piyada keçidi Tikinti Departamenti tərəfindən tikilib.



Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/metronun-dernegul-deposunda-yeralti-piyada-kecidi-acilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR