İcra başçısı: "Məktəb direktorunun müavini döyməsi faktına prokurorluq qarışdı"

İcra başçısı: "Məktəb direktorunun müavini döyməsi faktına prokurorluq qarışdı"
11:57 4 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda orta məktəb direktorunun digər məktəbin direktor müavinini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Ağdam Rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov açıqlamasında deyib.

İcra başçısı bildirib ki, hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsi və Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, hadisə rayonun Səfərli kəndində baş verib. Həmin kənd orta məktəbinin direktor müavini Şirazi Ağayev tarix müəllimi Şahnaz Əliyevanın dərsə gəlməməsindən narazılıq edib. O, bunun üçün müəllimin həyat yoldaşı, Baharlı kənd orta məktəbinin direktoru Fəqani Səfərovla əlaqə saxlayıb. F.Səfərov isə ona ağır cavab verib və mübahisə böyüyüb. Sonra F.Səfərov Səfərli kənd orta məktəbinə gələrək Şirazi Ağayevə bədən xəsarətləri yetirib. Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR