Keçmiş "Qalatasaray"lı komadan ayıldı

Keçmiş "Qalatasaray"lı komadan ayıldı
12:05 4 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

İki gün öncə beyin qanaması keçirən sabiq futbolçu Riqober Sonq komadan ayılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kamerun yığmasının heyətində ən çox (137) oyun keçirən keçmiş müdafiəçi süni nəfəs aparatından azad olub.

Hazırda reanimasiyada həkim nəzarətində olan Sonqun vəziyyətinin yaxşılaşıb-yaxşılaşmayacağı ilə bağlı məlumat verilmir.
 
Qeyd edək ki, karyerası ərzində "Liverpul", "Qalatasaray" və "Trabzonspor" kimi klubların da formasını geyinmiş Sonq bazar günü səhər saatlarında evində insult keçirmişdi. Dərhal xəstəxanaya çatdırılan kamerunlunun komaya düşdüyü bildirilmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR