Bağ evindəki faciə ilə bağlı RƏSMİ MƏLUMAT

Bağ evindəki faciə ilə bağlı RƏSMİ MƏLUMAT
12:34 4 Oktyabr 2016
55 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş vermiş partlayışla bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 3-də saat 23 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış sahəsində şəhər sakini Qüdrət Kərimova məxsus bağ evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin ikinci mərtəbəsi dağılıb, orada kirayədə yaşayan Sadəddin Fərzəliyev dağıntı altında qalıb ölüb.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR