Görünən işığa əsaslanan tibbi vizuallaşdırma sistemi hazırlanıb

Görünən işığa əsaslanan tibbi vizuallaşdırma sistemi hazırlanıb
12:35 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları ətraf mühitin təsiri, məsələn, insan toxumasından keçməsi ilə yayılan işığın qrafik informasiyasının bərpası üçün innovativ metodika hazırlayıblar.   

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, innovativ texnologiya rentgen şüalanma əvəzinə, elektromaqnit şüa spektrinin görünən hissəsindən istifadə edəcək tamamilə yeni tibbi vizuallaşdırma sistemlərinin yaradılması ilə nəticələnə bilər ki, bu da əksər tibbi prosedurların təhlükəsizliyini artırmağa imkan verəcək. Yeni texnologiya tərtibatçılarının sözlərinə görə, görünən işıq özündə rentgen şüaları və ya ultrasəs dalğaları ilə müqayisədə daha çox informasiya daşıyır. Buna görə texniki görmə sistemlərinin inkişafı institut mütəxəssislərinin işinin əsas istiqamətlərindən birini təşkil edir.
Eksperimentlərdə tədqiqatçılar lazer şüasını qalın plastik təbəqədən keçiriblər. Sonra şüa insan toxumalarını imitasiya edən material qatının içindən keçirilib. Qalın material qatlarında yayılan işıq  siqnalının gəlmə vaxtını ölçən yüksəksürətli kameralarla toplanıb. Sonra xüsusi alqoritm lövhədə şəkilin dəqiq təsvirini yaratmaq üçün şəkilləri emal edib.  

Tədqiqat qrupunun üzvlərindən birinin sözlərinə görə, gözlərin elektromaqnit şüa spektrinin yalnız dar hissəsinə həssas olmasının səbəbi görünən işığın və materiyanın bir-birinə digər şüalanma tiplərindən daha çox təsir etməsidir. Məhz buna görə rentgen şüaları insan bədəninin içindən keçsə də, özündə az informasiya daşıyır. Rentgen fotoşəkilləri ilə toxumanın növünü müəyyənləşdirmək, qanaxmanı və s. vacib şeyləri görmək qeyri-mümkündür.

Beləliklə, Massaçusets Texnologiya İnstitutunda hazırlanan yeni vizuallaşdırma texnologiyası bütün tibb elmində köklü dəyişikliklərə səbəb ola bilər. Mütəxəssislər yeni texnologiyanın təkcə tibdə deyil, həm də avtomobillər üçün sürücüsüz sürmə sistemlərinin hazırlanmasında tətbiq ediləcəyini düşünürlər.

Nizam Nuriyev





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43614-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR