Kriştianu Ronaldu karyerasını bitirəcəyi vaxtı açıqladı

Kriştianu Ronaldu karyerasını bitirəcəyi vaxtı açıqladı
12:42 4 Oktyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı forvard hələ uzun müddət futbol oynamaq arzusundadır.

CR7 Lissabondakı otelinin açılışı zamanı çıxış edərək, artıq gələcəyi ilə bağlı planlar qurmağa başladığını söyləyib. 31 yaşlı futbolçu 41 yaşına qədər yaşıl meydanlarda qalacağını vurğulayıb: "Həyat yalnız futboldan ibarət deyil. Açığı, futbol mənim üçün böyük sevgidir. Amma gələcəyi də düşünməliyəm. Karyeramı bitirmək üçün çox zamanım qalmayıb. Təxminən daha 10 il futbol oynamağı düşünürəm".
 
Qeyd edək ki, karyerası ərzində "Sportinq" və "Mançester Yunayted"in formasını geyinmiş Kriştianu Ronaldu 2009-cu ildən "Real"ın uğurları üçün çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR