Göygöldə təmir zamanı ustanın başına avtomobil diski düşüb, vəziyyəti ağırdır

Göygöldə təmir zamanı ustanın başına avtomobil diski düşüb, vəziyyəti ağırdır
12:42 4 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl. 4 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda təmir zamanı avtomobil ustasının başına maşın diski düşərək ağır yaralanıb. "Report"un Qərb bürosunun məlumatına görə, ağır yaralanan ustanı Bakıdakı xəstəxanaların birinə aparılması gözlənilir.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"a bildirilib ki, rayonun Xaqani kənd sakini, 1984-cü il təvəllüdlü İlham Həsənov ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya gətirilib: "Yaralıya həkimlər tərəfindən tibbi xidmət göstərilib və onun vəziyyəti ağır olaraq qalır. Günün ikinci yarısından sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş olmasa, Bakıda yerləşən xəstəxanalardan birinə göndəriləcək".
Yaxınlarının bildirdiklərinə görə, İ.Həsənov avtomobil ustasıdır və həyətlərində "Qazel" markalı avtomaşını təmir edərkən ehtiyatsız davranıb və avtomobilin diski onun başına düşüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR