Sabah hava yağmursuz keçəcək

Sabah hava yağmursuz keçəcək
13:01 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 07-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR