Bakının 4 növbəli məktəbi

Bakının 4 növbəli məktəbi
13:05 4 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Son illərdə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində şagirdlərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Şagird sayının artması məktəblərdə sıxlıqların yaranması, tədrisin keyfiyyətinə mane olacaq bir sıra problemlərə səbəb olur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, daha çox Bakı şəhərində müşahidə edilir. Bu gün Bakıda bəzi məktəblərdə bir sinifdə 30-35, hətta 40-dan çox şagird təhsil alır. Hazırda Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 307 tam orta, 3 ümumi orta olmaqla 310 gündüz ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 28.285 nəfər müəllim 354.573 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Bu il Bakı şəhəri üzrə məktəblərdə təhsil alan I sinif şagirdlərinin sayı 4 minə yaxın artıb.
 
"Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla formalaşmalıdır"
 
Mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla formalaşır. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayının 20 nəfərdən az olmasıyla təşkil oluna bilər.
 
Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişikliklər edilməsi haqqında" 19 yanvar 2012-ci il tarixli qərarında da qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir.
 
Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 saylı qərarı) görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda, yaxud şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.
 
"Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nin təsdiq edilməsi haqqında 03.08.2012-ci ildə Nazirlər Kabinetinin 171 nömrəli qərarında ın 2.3.1 saylı bəndində isə qeyd olunur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 m2 olmaqla təşkil edilir.
 
Həmin qərarın 2.3.12 saylı bəndində bildirilir ki, dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 m2, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 m2 sahə hesablanır.
 
Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun müdiri Avaz Yusifov APA-ya bildirib ki,  paytaxtın bir sıra ərazilərində şagird sıxlığı ilə əlaqədar problemlər müşahidə olunur. Bununla bağlı ən acınacaqlı vəziyyət Binəqədi rayonunun Sulutəpə, Binəqədi qəsəbələrində, Sabunçu rayonunda, xüsusilə Zabrat qəsəbəsində, Xətai rayonunun bütün məktəblərində, əsasən Əhmədli qəsəbəsində, Nizami rayonun bəzi məktəblərindədir. Onun sözlərinə görə, Bakının Binəqədi rayonunun Sulutəpə, Xocəsən, Binəqədi qəsəbələrində 640 yerlik 3 məktəbdə 3 minə yaxın  şagird oxuyur. Sabunçu rayonu Zabrat qəsəbəsində 81 nömrəli məktəbdə də eyni vəziyyət yaşanır: "Zabrat qəsəbəsində rus bölməsi yalnız 81 nömrəli məktəbdədir. Burada təhsilin hər pilləsi üzrə 1 sinif var. Məktəbdə paralel siniflərin yaradılması üçün də əlavə sinif otaqları yoxdur. Ərazidə də yaşayan rus dilli əhali çox olduğuna görə şagirdlərin də sayı çoxdur. Buna görə də məcbur olub bir sinifdə 42 uşağın təhsil almasına icazə verilib".
 
"Bakıda elə məktəblər var ki, orada sinifdə şagird sayı 42-ni keçib"
 
Onun sözlərinə görə, Xətai rayonu ərazisində şagird sıxlığı böyük olduğu üçün müraciət edən vətəndaşlara başqa məktəbləri seçmələri təklif edilir: "Bu gün paytaxtda elə məktəblər var ki, orada siniflər üzrə şagirdlərin sayı 42-ni keçib. Bu kimi hallar da sanitariya normalara zidd olan məsələlərdir".
 
Qeyd olunub ki, Binəqədidə rayonunda evlər çox sıx yerləşdiyi üçün əlavə hər hansı  sosial obyekt-məktəb, bağça, səhiyyə ocağının tikilməsinə yer qalmayıb. Binəqədi qəsəbəsində 640 şagird yerlik 179 nömrəli məktəbdə 2500-ə yaxın şagird oxuyur. Ona görə də həmin məktəb 4 növbəlidir : "Bakı şəhərində elə məktəblər var ki, I sinfə qəbul başlayandan 1-2 həftə sonra yerlər tam dolur. Torpaq bir qədər ucuz olan ərazilərdə yaşayış daha çoxdur. Həmin məktəblərin də gücü orada məskunlaşan əhalinin sayına uyğun gəlmir. Amma hökumətə müraciət olunub və ümid edirik ki, məsələ öz həllini tapacaq.
Nazirlər Kabinetinin qərarında göstərilib ki, şagird sayı 20 nəfər olduqda paralel siniflərin açılmasına icazə verilə bilər. Sanitariya-gigiyenik normalara uyğun olaraq sinifdə 1 şagirdə 2,2 kvadratmetr sahə nəzərdə tutulur. Yeni, əsaslı təmir olunan məktəblərdə sinif otaqlarının ölçüsü 36 kvadratmetrdir, onu da 2-yə böldükdə bir sinfə 14-16 şagird düşür. Amma biz məcburən şagirdlərin sıxlığı nəticəsində sinifdə 24-26 nəfər yerləşdiririk. Uşaqları təhsil almaq hüququndan məhrum edə bilmərik. Amma şagird sıxlığı da tapşırıqların yoxlanması, dərsin aparılması ilə bağlı bir sıra problemlər yaradır.
 
"Bəzi məktəblər sıxlığa görə 6 günlük rejimə keçiblər"
 
Şagird sıxlığına görə məktəblərdə artıq növbəlilik yaranır, bəzi məktəblər 5 günlük rejimdən 6 günlük iş rejiminə keçib. Məktəb rəhbərliyi bu addımı atmağa məcbur olub. Bu məsələlər məktəbin özünün səlahiyyətindədir və pedaqoji şuranın qərarı ilə həll olunur".
 
Qeyd olunub ki, I sinfə qəbul zamanı şagird sıxlığı ilə bağlı yaranan problemləri həll etmək üçün əlavə tədris korpusu və yeni məktəb binalarının tikintisi üçün təkliflər Təhsil Nazirliyinə təqdim olunub: "Bizdə olan məlumata görə, artıq Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığı probleminin həlli ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Müraciətdə hansı məktəblərdə bu problemlərin olduğu və problemin həlli üçün korpusların, əlavə məktəb binalarının tikintisinin mümkün olduğu qeyd edilib". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Metropolitendə yeni dispetçer mərkəzi fəaliyyətə başladı

22 Sentyabr 2017 18:59

XİN: Nalbəndyan yenə də özünü gülünc vəziyyətinə qoyur

22 Sentyabr 2017 18:58

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib

22 Sentyabr 2017 18:57

Azərbaycan XİN Edvard Nalbəndyanın açıqlamasına münasibət bildirib

22 Sentyabr 2017 18:52

"Həmsədrlərlə masada olan təkliflər əsasında ciddi danışıqlar aparılacaq" - XİN

22 Sentyabr 2017 18:49

FIFA "Ən yaxşı futbolçu" adına 3 namizədi açıqladı

22 Sentyabr 2017 18:47

Ermənilər Ağdamın işğalda olan kəndlərini yenidən yandırdı

22 Sentyabr 2017 18:44

Yeni Zelandiyada deputatlığa azərbaycanlı namizədlə MÜSAHİBƏ: BÖLGƏNİN LİDERİDİR

22 Sentyabr 2017 18:38

Qaxda 42 yaşlı qadın itkin düşüb

22 Sentyabr 2017 18:37

Bu konqresmenlərin adı arzuolunmaz şəxslərin siyahısına salındı - XİN

22 Sentyabr 2017 18:34

Rəhbər işçilərin siyahısında dəyişikliklər edildi

22 Sentyabr 2017 18:33

Azərbaycan XİN: ABŞ Nümayəndələr Palatasının üç üzvünün adı "qara siyahı"ya salınıb

22 Sentyabr 2017 18:27

"Sberbank" Türkiyədəki biznesini satmayacaq

22 Sentyabr 2017 18:27

Türkiyədə gözlənilən iclas başladı

22 Sentyabr 2017 18:27

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

22 Sentyabr 2017 18:26

Azərbaycan və Qırğızıstan arasında protokol təsdiqləndi

22 Sentyabr 2017 18:23

Avropa çempionatı: Açılış oyununda Rusiya Ukraynaya qalib gəlib

22 Sentyabr 2017 18:22

Azərbaycan ilə Xorvatiya arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Sentyabr 2017 18:22

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

22 Sentyabr 2017 18:22

Gömrük xidmətləri arasında protokol təsdiq edildi

22 Sentyabr 2017 18:20

Prezident sərəncam imzaladı

22 Sentyabr 2017 18:18

DİQQƏT: Sazı bu üsulla kökləyin

22 Sentyabr 2017 18:16

Bakıda avtobus sürücüsünü döyən şəxs barəsində həbs qətimkan tədbiri seçilıib

22 Sentyabr 2017 18:12

Ona bir yaxşılıq et

22 Sentyabr 2017 18:07

Zukerberq soruşdu, Peskov cavablandırdı - İNANILMAZ İDDİA

22 Sentyabr 2017 18:03

Saç uzatmaq üçün MASKA

22 Sentyabr 2017 18:03

Azərbaycanın səfiri "Atletiko"nun prezidentinə "Qarabağ"ın formasını hədiyyə edib

22 Sentyabr 2017 18:02

Mingəçevirdə top mərmisi tapılıb

22 Sentyabr 2017 18:02

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik ünvanlayıb

22 Sentyabr 2017 18:02

Neymar PSJ-nin heyətindən kənarlaşdırıldı - ŞOK QƏRAR

22 Sentyabr 2017 17:57

"Il Romanista": "Müharibə içində futbol - Bu da Qarabağ"

22 Sentyabr 2017 17:57

Türkiyə gözəlinin tacı bu sözlərinə görə əlindən alındı - FOTO

22 Sentyabr 2017 17:54

Üzeyir Hacıbəyli ilə bağlı reklam BİABIRÇILIĞINA SON VERİLDİ - VİDEO

22 Sentyabr 2017 17:53

"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

22 Sentyabr 2017 17:52

“Roma” klubunun qəzetində “Müharibə içində futbol Bu da Qarabağ” sərlövhəli yazı dərc olunub

22 Sentyabr 2017 17:52

“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib” - Erməni deputat

22 Sentyabr 2017 17:49

Azərbaycanlı müğənni həyat yoldaşı ilə Dubayda konsert verdi - VİDEO

22 Sentyabr 2017 17:48

"Real"da 70 milyon avroluq müqavilə

22 Sentyabr 2017 17:47

Anasını hədəf yerinə qoydu, oxu atdı və...

22 Sentyabr 2017 17:44

Sabiq nazir müavininin qohumunun məhkəməsində şahidlər dindirilib

22 Sentyabr 2017 17:42

Əsl ana YAP-ın üzvü olmalıdır

22 Sentyabr 2017 17:38

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb

22 Sentyabr 2017 17:37

Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

22 Sentyabr 2017 17:37

Bu qadına ana demək olarmı?!

22 Sentyabr 2017 17:37

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 17:35

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:33

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

22 Sentyabr 2017 17:32

Təmizləyici vasitənin reklamı dayandırıldı

22 Sentyabr 2017 17:31

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin edilib

22 Sentyabr 2017 17:27