Üç azərbaycanlı uşaq əcnəbilərlə evlənən bakılı qadınlara övladlığa verilib

Üç azərbaycanlı uşaq əcnəbilərlə evlənən bakılı qadınlara övladlığa verilib
13:05 4 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı ilin 9 ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən 3 övladlığa götürmə faktı qeydə alınıb.

Milli.Az bildirir ki, bu barədə modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib. 
 
O bildirib ki, hər 3 uşaq xarici vətəndaşa ərə gedən azərbaycanlı xanımlar tərəfindən övladlığa götürülüb:
"Xanımlardan biri Türkiyə vətəndaşı, ikincisi Rusiya vətəndaşı, üçüncüsü isə Böyük Britaniya vətəndaşı ilə ailə qurub".
 
S. Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan 2-si 10 və 13 yaşlı oğlanlar, digəri isə 4 yaşlı qız uşağıdır.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 6 övladlığa götürmə faktı qeydə alınıb.

Ümumilikdə, 2007-2015-cü illərdə 49 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib. Övladlığa uşaq götürənlər arasında Azərbaycan əsilli Rusiya vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/475903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR