"İnter"dən ayrılanlar "Neftçi"də - FOTO

"İnter"dən ayrılanlar "Neftçi"də -   FOTO
13:47 4 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"də yeni təyinatlar baş verib. İyulda "İnter" klubundan öz istəkləri ilə ayrılan Aleksey Barvinski və Ağakişi Mehdizadə "Neftçi"də peyda olublar. 


Hər 2 şəxsə "Neftçi"dən təklif gəlib və onlar bu klubda işləməyə başlayıblar. Azərbaycan futbolunda daha çox "Bobo" kimi tanınan Ağakişi Mehdizadə yenə "İnter"dəki işini davam etdirəcək. Belə ki, o, baş məşqçi Elxan Abdullayevə analitik videoların hazırlanmasında kömək edəcək. Aleksey Barvinski isə "Neftçi"də daha çox strukturla, təşkilatçılıqla bağlı məsələlərlə məşğul olacaq.


Qeyd edək ki, hər 2 şəxsin təyinatının yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.(Qaynarinfo.az)



Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR