Dövlətə xəyanətdə təqsirləndirilən QMİ-nin sektor müdirinin məhkəməsi yekunlaşdı

Dövlətə xəyanətdə təqsirləndirilən QMİ-nin sektor müdirinin məhkəməsi yekunlaşdı
13:52 4 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 18-nə təyin olunub.

E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR