"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini dəyişə bilər

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi baş məşqçisini dəyişə bilər
14:07 4 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubunda baş məşqçi Paulu Souza ilə rəhbərlik arasında fikir ayrılığı yaranıb. "Report"un "La Republica"ya istinadən verdiyi məlumata görə, narazılıq komandanın İtaliya A seriyasında göstərdiyi nəticələrlə əlaqədardır.
Hazırda "bənövşəyilər" 6 oyundan 8 xalla 14-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda bir oyunu var. Məhz fikir ayrılığı səbəbindən portuqaliyalı mütəxəssisin mövsümün sonunda baş məşqçi dəyişikliyinə əl atacağı bildirilir. Onu Stefano Piolinin əvəzləyəcəyi gözlənilir. Hazırda işsiz olan Pioli əvvəllər "Latsio", "Parma" və "Bolonya"da çalışıb. "Fiorentina" daha da zəif nəticələr göstərməyə başlasa, dəyişiklik elə cari mövsümdə gerçəkləşə bilər.
Qeyd edək ki, "Fiorentina" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. 2 komanda arasında ötən həftə İtaliyada keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qarabag-in-avropa-liqasindaki-reqibi-bas-mesqcisini-deyise-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR