Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi dağılır - FOTO

Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi dağılır - FOTO
14:12 4 Oktyabr 2016
13 Ölkə
Ölkə mətbuatı
A- A+

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fazil Xəlillinin "Təkbaşına qalmışam" adlı xəbərdarlıq şərhi diqqət çəkib:

Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi dağılır...

3 aydır ki, Mədəniyyət və Turizm Nazirliyinə ünvanladığım həyəcan məktubuna cavab verilmir...

Milli.Az inform.az-a istinadən bildirir ki, son yağışlar çox çöküntüyə səbəb olub, kanalizasiya xətti uçub, buzxanaya su sızıb... Bu il siçan çox olub, hər yeri dəlmə-deşik ediblər...
Məsuliyyətdən yaranan yalvarışlarımıza baxmayaraq mühafizə müqaviləmiz yenilənmədiyi üçün işçilərimiz də qalmayıb...
Durum acınacaqlıdır...
Əli çatan, ünü yetən bütün dostlarımı köməyə çağırıram..."

Bu problemi bir daha dəqiqləşdırmək üçün Fariz Xəlilli ilə əlaqə saxladıq. O məsələyə belə aydınlıq gətirdi:

- Nazir də məsələdən xəbərdardır və göstəriş də verib...
Problemin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində olduğunu düşünürəm. Qurumun əməkdaşları hələ iyulda ərazidə olublar, hesabat da hazırlayıblar, amma problem həll olunmur ki, olunmur...
Axı oranı mən qorumuşam, min bir əziyyətlə mühafizə eləmişəm, dünyaya tanıtmışam, muzeylərin fondunu zənginləşdirmişəm... Axı mənim övladım kimidir ora... Niyə mənim gözlərim önündə məmur məsuliyyətsizliyi ucbatından bu "övladım" can versin?"
Azərbaycanın son orta əsrlərdə əhalisinin sayına və ərazisinə görə ən böyük şəhəri Ağsu şəhəri olub. Nadir şahın 1735-ci ildə paytaxt kimi inşa etdirdiyi şəhər 40 hektar sahəni əhatə edib. Dəfələrlə hücumlara məruz qalan Şirvan xanlığının paytaxtı olub.
2010-cu ilin mart ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası professor Qafar Cəbiyev və mən - tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə şəhər ərazisində qazıntılara başlanılıb. 2012-ci ilin dekabr ayına qədər 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilmiş, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, Cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və s. iri tikililər aşkar olunub. 5 qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və s. eksponatlar inventarlaşdırılaraq götürülüb, bir qismi muzeylərə təhvil verilib, bir qismi Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində saxlanılılıb.
2011-2013-cü illərdə 3 qazıntı sahəsində 7000 kv.m. sahənin üzəri örtülərək içərisində sərgilər qurulub. Qazıntını əks etdirən kitablar, broşürlər, jurnallar, filmlər, 3D roliklər, veb-səhifələr hazırlanıb, xaricdə və respublikda onlarla məqalə və məruzə nəşr edilib.
2013-cü ildə 800-ü xarici olmaqla 8000 nəfər turist Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksini ziyarət edib. 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransı burada keçirilib, dünya arxeologiya və konservasiya elminin maraq dairəsinə daxil olub.
2014-cü ildə isə Mədəni İrsin Konservasiyasında Gənclər - YOCOCU IV Beynəlxalq Konfransı da burda keçirilib.
İndi deyin görək, belə bir abidəni göz görə-görə məhv etmək olarmı?

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR