“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib

“Ələt-dəniz” yatağında əsaslı təmirdən keçən quyu istismara verilib
14:17 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Ələt-dəniz” yatağındakı 9 saylı stasionar dəniz özülündə aparılan bərpa işlərindən sonra hidrotexniki qurğuların qəzalı vəziyyətinə görə fəaliyyətsiz fondda olan 54 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4 200-4 194 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/elet-deniz-yataginda-esasli-temirden-kecen-quyu-istismara-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR