Mətanət: "Təpədən-dırnağa kimi gözələm deyə "yanırlar""

Mətanət: "Təpədən-dırnağa kimi gözələm deyə "yanırlar""
14:17 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Mənim şəxsi həyatımın heç kimə aidiyyatı yoxdur. İnanın ki, heç nəyi vecimə almıram. Bu verilişə ona görə gəlmişəm ki, gözəlliyim ilə bu baxımlı verilişə daha da rəng qatım".

Milli.Az primetime.az-a istinadən bildirir ki, bu sözləri Xəzər Tv-nin "5-də 5" verilişində qonaq olan tanınmış müğənni Mətanət Əsədova baş tutmayan evliliyi haqda danışan zaman deyib. Müğənni, odlu-alovlu açıqlamaları ilə gündəmə gəlməyi bacarıb.  "Bu gün mən əyri oturub, düz danışsam, hər kəs səhv başa düşəcək. Çünki məndə olan qədd-qamət heç birində yoxdur. Bilirsən, insanın gözü, qaşı, bədəni qəşəng olar. Bu qız təpədən-dırnağa kimi gözəldir. Ona görə "yanırlar" .

Mətanət verilişdə plastik əməliyyat etdirməsi haqda da qısa açıqlama verərək, yayılan xəbərləri təkzib edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR