Bakıda “CEO Summit” keçiriləcək

Bakıda “CEO Summit” keçiriləcək
14:22 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Qafqaz Universitetində “CEO Summit”i keçiriləcək. 
“Report” xəbər verir ki, Azərbaycan və türk dillərində keçiriləcək sammitdə 6 spiker iş və karyera həyatı haqqında çıxış edəcəklər.
Məlumata görə, spikerlər arasında “Psixologiya və Konsultasiya Mərkəzi”nin təsisçi rəhbəri Elnur Rüstəmov, “Uni Baby Türkiyə”nin təsisçi rəhbəri Ataman Özbay, “T&J Marketing Solution”un təsisçi rəhbəri Teymur Məmmədov, “Golden Pay”in təsisçi rəhbəri Fərid İsmayilzadə, “Horeca.com.az” və “İdeya Qazandı Verlişi”nin təsisçi rəhbəri Rəşxan Qaraşlı yer alıblar. Eyni zamanda sammitdə surpriz qonaq və mövzu olacaq.
“CEO Summit”də E.Rüstəmov “Uğurun psixologiyası”, A.Özbay “40-a qədər tərləməyən, 40-dan sonra ağlar”, T.Məmmədov “Gününə təkan ver həyatını yaşa - Kofe effekti”, F.İsmayılzadə “Texnologiya dünyanı hara aparır?”, R.Qaraşlı “Özün ol” mövzusunda çıxış edəcəklər.
“İş həyatı”, “Karyera”, “Təşəbbüskarlıq”, “Qlobal şirkətlərdə idarəçi olmaq”, “Bir iş adamının həyat hekayəsi”, “Özünü inkişaf” və sahibkarlıq mövzusunda olan sammitə qatılmaq ödənişlidir. Bunun üçün tələbələr 20, digər şəxslər isə 30 manat ödəməlidir.
Bundan başqa, sammit çərçivəsində həmin gün saat 18:00-19:00-da türkiyəli iş adamı A.Özbayın “7 yaşımda bindiğim kamyonun frenleri patladı ve hayata yuvarlandım” adlı kitabının imza saatı da olacaq.
Proqramın rəsmi səhifəsi www.ceosummit.az veb-saytı, əsas təşkilatçısı isə “Business Talk” (www.businesstalk.az) təşkilatıdır.
“Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.
Qeyd edək ki, proqramın baş sponsoru “LİB Dil Dərsləri”, gümüş sponsoru “IB Club -Gənclərin İnkişaf Mərkəzi”, bürünc sponsoru isə “Key Probject -Xaricdə Təhsil Mərkəzi”dir.


Xəbərin orijinal ünvanı: http://report.az/biznes/bakida-ceo-summit-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR