Bakıda evlər ucuzlaşdı

Bakıda evlər ucuzlaşdı
14:22 4 Oktyabr 2016
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşınmaz əmlak bazarında yay aylarında qiymətlərdə müəyyən azalmalar olur. Adətən payız aylarından başlayaraq nisbi artım hiss olunur. Lakin daşınmaz əmlak bazarındakı hazırkı vəziyyət qiymətlərin ilin sonuna qədər sabit qalacağı ehtimalını verir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
 
Ekspert bildirib ki, Bakıda daşınmaz əmlak bazarında qiymətlər 2016-cı ilin avqustunda iyulla müqayisədə 0,74 faiz azalıb.
 
Onun sözlərinə görə, iyulda cüzi artımdan sonra avqustda qiymətlər yenidən aşağı düşməyə başlayıb:
 
"Qiymətlər 2016-cı ilin əvvəlinə olan göstərici ilə müqayisədə 27,85 faiz, 2015-cu ilin avqust ayının göstəricisi ilə müqayisədə isə 28,74 faiz azalıb".
 
Ekspert qeyd edib ki, ümumilikdə daşınmaz əmlak bazarında qiymətlərin enməsi ilkin mənzil və kommersiya obyektlərinin seqmentindəki ucuzlaşma ilə bağlıdır:
 
"Avqustda ilkin mənzil bazarında əvvəlki aylarla müqayisədə 3,47 faiz azalma müşahidə edilib, ilin əvvəlində isə qiymətlər 24,53 faiz azalıb. Kommersiya obyektlərinə gəlincə, burada ilin əvvəlindən qiymətlər 22,36 faiz, avqustda isə 6,69 faiz azalma müşahisə olunub".
 
N.İbrahimov əlavə edib ki, torpaq sahələri bazarında isə qiymətlər iyulla müqayisədə 0,66 faiz, kommersiya obyektlərinin icarəsi bazarında isə 1,69 faiz azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/475965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR