Xəsis adamlarla necə mübarizə aparmalı...

Xəsis adamlarla necə mübarizə aparmalı...
14:24 4 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Cavid Zeynallı:

 

Xəsislik mövzusu demək olar, bütün sənət sahələri üçün maraqlı olub. Bu mövzuda ədəbi əsərlər, filmlər çox məşhurdur və bütün dövrlərdə aktual olub. İnsanın bu keyfiyyəti təbii ki, iqtisadi amillə bağlıdır. Xəsislik nə dində, nə də mənəvi müstəvidə müsbət keyfiyyət kimi qəbul olunub.

 

Xəsislik insanın öz malına, mülkünə hərisliyindən və kasıblıqdan qorxaraq əmanətindən bərk yapışmasından irəli gəlir. Xəsislər bütün nemətləri mənimsəyərək hamısını zəbt etmək və bunları heç kəslə bölüşməmək istəyi ilə yaşayırlar. Xəsislik və qənaətcillik arasından keçən çox incə bir sərhəd var. Qənaətcillik hər zaman təqdir olunub və nümunə göstərilib. Məsələ ondadır ki, insanın sərvəti çoxaldıqca xəsisliyi də artır.

 

Dünyanın ən böyük simiclərindən biri amerikalı Qrin adlı qadını sayılır. 1916-cı ildə vəfat edən bu xanım özündən sonraya 100 milyondan artıq varidat qoyub. İndi bu kapital 20 milyarda çatıb.

 

O, 82 yaşında olarkən əgər qulluqçusuna hirslənməsəydi bir az da yaşaya bilərdi. Aşpaz qadının bir qab südə həmişəkindən artıq pul verdiyini görüb əsəbiləşib və buna görə də iflic olub həyatını itirib.

 

 

Sevda Sultanova:

 

Xəsisliyi birmənalı olaraq həm müsbət, həm də mənfi cəhət kimi dəyərləndirmək çətindir. Çünki bunun müxtəlif səbəbləri ola bilər: xarakterə də, həyat tərzinə də, yaşam şərtlərinə də bağlı ola bilər xəsislik.

Balzakın sözü var ki, xəsislik daimi yoxsulluq qorxusudur. Yəni xəsisilik sosial, iqtisadi problemlərlə də əlaqəlidir. Bəzən xəsisliyi tamahkarlıqla səhv salırlar. Ola bilsin bu iki duyğu arasında hansısa ümumi cəhətlər var. Amma əslində daha çox fərqlidirlər. Məsələn, xəsislik səndə olanı xərcləməməkdir, tamahkarlıq isə daha çoxunu əldə etməkdir. Ümumiyyətlə, xəsisliyi daha çox maddiyyatla bağlayırlar. Onun isə mənəvi tərəfləri də var. Məsələn, sözə, hissə xəsis olan adamlar var.

 

İlqar Rəsul:

 

Mütəxəssislər məsələhət görürlər ki, xəsis adamlarla onların öz üsulları ilə mübarizə aparılsın. Yəni əgər xəsis adam səni kafeyə dəvət edirsə, de ki, razısan, amma özünüzlə üçüncü adamı da götürmək lazım gələcək, çümki sənin də pulun yoxdur. Əgər xəsis adam səninlə təzə bişmiş kökəsini bölürsə, öz payını onun gözləri qarşısında başqasına bütöv kökə qiymətinə başqasına (əvvəldən vəziyyətdən xəbərdar etdiyin və lazımı pulu cibində hazır saxlayan birinə) sat.  Belə olan halda heç bir xəsis buna tab gətirməyəcək və səni qınayacaq. Bu vaxt ona "bunu səndən öyrənmişəm" deyib incitmə. Sadəcə "əməliyyatı" dayandır. Tezliklə o adam özünün xrdaçılığını kənardan görüb bir daha  o cür davranmaqdan utanacaq.     

 

Tam olaraq APA.TV-də izləyin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR