Nobel mükafatına ən layiqli namizədin kimliyi bilindi

Nobel mükafatına ən layiqli namizədin kimliyi bilindi
14:48 4 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Yapon yazıçısı və tərcüməçi Haruki Murakaminin adı 2016-cı il ədəbiyyat üzrə Nobel mükafatının potensial qalibləri arasında ilk yerdədir.

Publika.az-ın “Nicerodds” və “Betbreakingnews”-ə istinadən verdiyi məlumata görə, oktyabrın 3-nə olan proqnozlara əsasən, onun qalib gəlmək şansı 1-5 nisbətində və ya 16,67% təşkil edir.

Keçən il Nobel mükafatına layiq görülmüş yazıçı Svetlana Aleksiyeviçin qalibiyyət şansı da 1-5 nisbətində ölçülürdü. Daha maraqlı bir fakt odur ki, Haruki Murakami kimi Svetlana Aleksiyeviçin də mükafat aldığı zaman 67 yaşı var idi.

Reytinqin ikinci sırasında suriyalı şair Adonis durur. Onun qalib gəlmə şansı 1-6 nisbətində hesablanır. Amerika yazarı Pulitse və Beynəlxalq Booker mükafatçısı Filip Rot isə 3-cü yerdə qərarlaşıb.

Qalibiyyət şansına görə 4-cü yerdə Beynəlxalq Man Booker mükafatçısı keniyalı Nquqi Vo Txionqo, 5-ci yerdə isə alban roman yazarı və şairi İsmayıl Kadare durur.

Tomas Pincon, Milan Kundera, Bob Dilan, Ursula Le Quin və Yevqeniy Yevquşenko kimi yazarlar da mümkün Nobel mükafat laureatları arasındadılar.

Mələk Heydərova


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/170896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR